AATP çərçivəsində növbəti blok həftə uğurla başa çatıb
02.12.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 192
AATP çərçivəsində növbəti blok həftə uğurla başa çatıb

 Azərbaycan–Avstriya Turizm Proqramı (AATP) çərçivəsində növbəti blok həftə uğurla başa çatıb.

Bu dəfə AATP 2024 Bakalavr qrupuna Avstriyadan dəvət olunmuş professor Elke Smolak Koch tərəfindən “Multichannel Distribution Systems” (Çoxkanallı Paylama Sistemləri) fənni tədris olunub.

Tədris həftəsi ərzində tələbələr turizm sənayesində çoxkanallı satış və distribusiya modelləri, rəqəmsal platformalar üzərindən məhsulun effektiv təqdimatı və müasir bazar strategiyaları barədə dərin bilik və praktiki bacarıqlar əldə ediblər.

AATP proqramı tələbələrin beynəlxalq təcrübəyə çıxışını genişləndirməyi və qlobal turizm trendlərinə uyğun peşəkar kompetensiyalarını inkişaf etdirməyi hədəfləyir.