Malayziya səfirliyinin, Malayziyanın “Winning Magnitude” qurumunun və Azərbaycanda fəaliyyət göstərən “Linqva Tədris Mərkəzi”nin birgə təşkilatçılığı ilə “Malayziya Təhsil Sərgisi” keçirilib. Sərgidə Malaziyanın "Universiti Putra Malaysia”, “Taylors University”, “SEGi University”, “Sunway University” və digər nüfuzlu ali təhsil müəssisələri təmsil olunub.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri də sərgidə iştirak edərək Malayziyanın aparıcı universitetləri ilə tanış olublar, təhsil proqramları və əməkdaşlıq imkanları haqqında nümayəndələrlə müzakirələr aparıblar.
Qeyd edək ki, son illərdə Azərbaycan və Malayziya arasında təhsil sahəsində əməkdaşlıq genişlənməkdədir. Bu əməkdaşlığın davamı olaraq 2025-ci ildə Malayziyanın 7 nüfuzlu universiteti Xaricdə Təhsil Dövlət Proqramına daxil edilib.
Azərbaycanca