ATMU-da 2025/2026-cı tədris ili üzrə monitorinqə start verilib
03.12.2025
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 186
ATMU-da 2025/2026-cı tədris ili üzrə monitorinqə start verilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təlim və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin artırılması məqsədilə 2025/2026-cı tədris ili üzrə monitorinqə başlanılır. Monitorinqin təşkili və koordinasiyası Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi tərəfindən həyata keçiriləcək.

Bu məqsədlə Monitorinq Komissiyası formalaşdırılıb və “Təlim və tədris prosesinin monitorinqinin təşkili qaydaları”na uyğun olaraq komissiya üzvləri ilə görüş keçirilib. Görüşdə Strateji inkişaf üzrə prorektor s.e.ü.f.d. Araz Aslanlı və Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri c.ü.f.d. Sara Bağırlı monitorinq prosesinin təşkili barədə məlumat verib, komissiya üzvlərinin suallarını cavablandırıblar.

Prorektor Araz Aslanlı Monitorinq Komissiyasının üzvlərinə təlim və tədrisin keyfiyyətinin, səmərəliliyinin artırılması istiqamətində fəaliyyətlərində uğurlar arzu edib.

Qeyd edək ki, Monitorinq Komissiyası tədris ili ərzində təlim və tədris prosesinin təkmilləşdirilməsi məqsədilə dərsləri qiymətləndirəcək.