ELAN
04.12.2025
Elmi tədqiqatlar və akademik təhsil mərkəzi
Bölmə: Elanlar
Baxış sayı: 931
ELAN

Azərbaycan Turizm və Menecment Universitetində təhsil alan və ya təhsil müddəti başa çatmış doktorant və dissertantların nəzərinə!

23.01.2026-cı il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə təhsil alan və ya təhsil müddəti başa çatmış doktorant və dissertantlar üçün ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkdir.    

İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanı üçün lazım olan sənədləri (Dissertasiya mövzusuna dair təsdiq edilmiş 10 sual, ərizə, şəxsiyyət vəsiqəsinin surəti) 2026-cı il 05 yanvar tarixinə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək ATMU-nun əsas korpusunda Elmi tədqiqatlar və akademik təhsil mərkəzinə (I mərtəbə) təqdim etmək lazımdır.      

 

Qeyd: Dissertasiya işləri hazır olan və təhsil haqqı borcu olmayan namizədlər ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanına buraxılacaq.

 

Azərbaycan Turizm və Menecment Universiteti

K.Rəhimov küç. 822/23-cü məhəllə.AZ 1072, Bakı ş.,

Tel:    (+99412)  564-42-33 (daxili 125)

Email: h.qasimli@atmu.edu.az