Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes və menecment fakültəsinin (məktəbinin) və “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” publik hüquqi şəxsinin Kütləvi İşlərin Təşkili şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclik dövründə sağlam həyat tərzi və reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici və təbliğat xarakterli tədbir keçirilib.
Tədbirin əsas məqsədi gənc qızların bilik səviyyəsinin artırılması və onları infeksion xəstəliklər barədə maarifləndirmək olub. Tədbirdə təlimçi qismində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova iştirak edib.
Tədbir əsasən canlı diskussiya formasında təşkil olunub və iştirakçılara maarifləndirici əyani vəsaitlər paylanılıb.
Eyni zamanda, Kütləvi İşlərin Təşkili şöbəsinin müdiri Kəmalə Muradlı iştirakçılara erkən nikahların törətdiyi fəsadlar və onların yaranma səbəbləri barədə məlumat verib.
Tədbirdə həmçinin Biznes və Menecment fakültəsinin (məktəbinin) dekanı dosent Vüqar Nəzərov, “İqtisadiyyat” kafedrasının müdiri dosent Səkinə Hacıyeva və Yaradıcılıq Evinin metodisti Hicran Kərimova da iştirak ediblər.
Azərbaycanca