I Könüllü Təcrübə Proqramının müsahibə mərhələsi başa çatıb
05.12.2025
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 213
I Könüllü Təcrübə Proqramının müsahibə mərhələsi başa çatıb

ATMU-da universitetdaxili I Könüllü Təcrübə Proqramı çərçivəsində keçirilən müsahibə mərhələsi yekunlaşıb. Ümumilikdə 41 müraciət arasından seçim meyarlarına uyğun olan 8 namizəd müəyyən edilib və onlar artıq universitetimizin müxtəlif struktur bölmələrində fəaliyyətə başlayıblar.

ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı müsahibə mərhələsini uğurla keçən təcrübəçilərlə görüş keçirib, proqramın ümumi məqsədləri və təqdim etdiyi imkanlar barədə məlumat verib, həmçinin onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yeni könüllülərimizi ürəkdən təbrik edir, onlara uğurlar və dəyərli təcrübələr diləyirik.