"Turizm işi" kafedrasında tələbə elmi seminarı keçirilib
05.12.2025
Turizm işi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 282
"Turizm işi" kafedrasında tələbə elmi seminarı keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm işi” kafedrasında Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə tələbələrin elmi fəaliyyətini dəstəkləməyə yönəlmiş seminar keçirilib. Tədbirdə turizmin müxtəlif sahələri üzrə aparılmış araşdırmalar təqdim olunub. Seminarda kafedranın müəllimləri və Elmi tədqiqatlar və akademik təhsil mərkəzinin əməkdaşı Lalə Qənbərli iştirak edib. Kafedranın müəllimləri Aynur Hüseynzadə, Səmayə Abbasbəyli, Elnurə Əliyeva və Yeganə Bayramova tələbələrin araşdırmalarının hazırlanmasında onlara yaxından dəstək göstəriblər.

Tədbirdə “Süni intellektin turizmin inkişafına təsiri” (Eyvazzadə Xatun (TİTR2402)), “Şəhərlər: İstilik adaları” (Yusifzadə Abas), “İşğaldan azad edilmiş ərazilərdə reabilitasiya və termal turizm imkanları (Şuşa və Kəlbəcər nümunəsində)” (İsmayılova Mədinə (TB2201)), “Azərbaycanda daxili turizmin vəziyyəti” (Babayeva Zəhra (TİT2501)), “Azərbaycanda festival və tədbirlərin turizmə təsiri” (Səlimzadə Rasim (TİT2501)) mövzuları üzrə çıxışlar dinlənilib.

Müzakirələr tələbə tədqiqatlarının əhəmiyyətini bir daha vurğulayıb. Kafedra rəhbərliyi bildirib ki, bu kimi seminarlar gənclərin elmi potensialının inkişafına töhfə verir və gələcəkdə bu istiqamətdə tədbirlərin davamı nəzərdə tutulur.