ATMU və “Synergia Academy” arasında yeni əməkdaşlıq perspektivləri
08.12.2025
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 158
ATMU və “Synergia Academy” arasında yeni əməkdaşlıq perspektivləri

ATMU və “Synergia Academy” arasında mövcud əməkdaşlıq çərçivəsində növbəti görüş keçirilib. Görüşdə “Synergia Academy”nin tərəfdaşlıq etdiyi, Çin Xalq Respublikasında fəaliyyət göstərən “Select Holding” şirkətinin təsisçisi xanım Janel Kok iştirak edib. Tərəflər “China Tourism Academy” ilə birgə həyata keçirilən “Welcome Chinese Certification” proqramı, eləcə də bələdçilərlə bağlı təlim və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüş zamanı “Select Holding” şirkəti tərəfindən təklif olunan təlim proqramlarının ATMU tələbələri və bələdçiləri üçün praktik bacarıqların inkişafında mühüm rol oynayacağı bildirilib. Xüsusilə Çin turistlərinin davranış xüsusiyyətləri, mədəni fərqliliklər, xidmət standartları və səyahət tendensiyaları üzrə xüsusi modulların hazırlanması imkanları müzakirə olunub. Bununla yanaşı, bələdçilər üçün Çin dilində ünsiyyətin əsasları, qrup idarəetməsi və turizm etikası üzrə təlim paketlərinin yaradılması perspektivləri də nəzərdən keçirilib.