AATP çərçivəsində növbəti blok həftəsi uğurla tamamlanıb
09.12.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 176
AATP çərçivəsində növbəti blok həftəsi uğurla tamamlanıb

Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində AATP 2023 bakalavr qrupunun növbəti blok həftəsi uğurla tamamlanıb. Həftə ərzində IMC Krems Tətbiqi Elmlər Universitetinin akademik heyət üzvü Dr. Alice Wanner tələbələrə “Destination Consulting” fənnini tədris edib.
Dərslər müddətində tələbələr turizm destinasiyalarının analizi, konsaltinq proseslərinin mərhələləri, bazar araşdırması və inkişaf strategiyalarının hazırlanması üzrə praktiki yanaşmaları öyrəniblər. Dr. Wanner real nümunələr əsasında müzakirələr apararaq tələbələrin analitik və tənqidi düşüncə bacarıqlarının inkişafına xüsusi diqqət yetirib.
Blok həftəsinin sonunda tələbələr qruplar üzrə hazırladıqları layihələri təqdim ediblər. Çıxışlar zamanı onlar konkret destinasiyalar üçün konsaltinq təklifləri, strateji yanaşmalar və innovativ həllər irəli sürərək əldə etdikləri bilikləri praktik tətbiqdə nümayiş etdiriblər.