Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”in açılış mərasimi keçirilib. Açılışda İslam dünyasının mədəni irsinə həsr olunan videoçarx nümayiş olunub. Mədəniyyət naziri Adil Kərimli festivalın 40-dan çox ölkədən 300-dən artıq iştirakçını bir araya gətirdiyini və yaradıcı sənayelər üçün mühüm platforma olduğunu vurğulayıb.
İƏT rəsmiləri və müxtəlif ölkələrin mədəniyyət nazirləri festivalın İslam dünyasında mədəni əməkdaşlıq, dialoq və həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyini bildiriblər.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rəhbərliyi, eləcə də universitetin müəllim və tələbə heyəti geniş tərkibdə iştirak edərək festivalın proqramını yaxından izləyib, təqdim olunan mədəni platformalar və yaradıcı sənaye imkanları ilə tanış olublar. ATMU nümayəndələrinin iştirakı ali məktəbin beynəlxalq mədəni layihələrdə aktivliyini bir daha göstərib.
Azərbaycanca