ATMU məzununun növbəti beynəlxalq uğuru
10.12.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 186
ATMU məzununun növbəti beynəlxalq uğuru

ATMU məzunu Selcan Vəliyeva “Gənclərin Xaricdə Təhsili Dövlət Proqramı (2022–2028)” çərçivəsində #Liverpool Universitetində magistratura təhsilini uğurla başa vurub.

“Gənclərin Xaricdə Təhsili Dövlət Proqramı (2022–2028)” çərçivəsində #ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin #Tərcüməçilik ixtisası üzrə məzunu Selcan Vəliyeva Böyük Britaniyanın nüfuzlu tədqiqat universitetlərindən biri olan Liverpool Universitetində “Ətraf Mühitin İdarə Edilməsi və Qiymətləndirilməsi” üzrə magistratura təhsilini müvəffəqiyyətlə tamamlayıb.

2019-cu ildə keçirilən qəbul imtahanlarında 592 bal toplayaraq ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin "Tərcüməçilik" ixtisasına daxil olan Selcan Vəliyeva bakalavr təhsilini 93.57 ÜOMG ilə bitirib.

Selcan Vəliyeva həmçinin ATMU və Avstriyanın #IMCKrems Tətbiqi Elmlər Universiteti arasında həyata keçirilən #İkiliDiplom Proqramının məzunu olaraq bakalavr təhsilini 2022/2023-cü tədris ilində fərqlənmə ilə başa vurub. Onun akademik nailiyyətləri Azərbaycan gənclərinin beynəlxalq təhsil arenalarında uğurla təmsil olunmasının bariz nümunəsidir.

ATMU kollektivi Selcan Vəliyevanı bu uğuru münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayır.