AATP 2025 bakalavr qrupunda Marketinq I fənninin tədrisi başa çatıb
11.12.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 257
AATP 2025 bakalavr qrupunda Marketinq I fənninin tədrisi başa çatıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində təhsil alan AATP 2025 bakalavr qrupu üzrə Marketinq I fənninin tədrisi uğurla başa çatıb.

2025/26-cı tədris ilinin qış semestrində i.ü.f.d İlahə Əliyeva tərəfindən tədris olunan fənn çərçivəsində tələbələr marketinqin mahiyyəti və biznesdə rolu, müştəri dəyəri və məmnuniyyətinin formalaşdırılmasında inteqrativ təşkilati səylərin əhəmiyyəti, əsas marketinq anlayışları və alətləri, istehlakçı və sənaye məhsullarının marketinqi arasındakı fərqlər, habelə seqmentləşdirmə, hədəfləmə və mövqeləndirmənin əsas prinsipləri ilə bağlı zəruri bilikləri mənimsəyiblər.

AATP proqramı çərçivəsində dərslər həm yerli, həm də əcnəbi professor-müəllim heyəti və peşəkar mütəxəssislər tərəfindən tədris olunur və tələbələrin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli kompetensiyalar qazanmasına xidmət edir.