Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, tarix elmləri namizədi, dosent Bahadur Bilalovun yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və fakültə əməkdaşları iştirak ediblər.
Tədbiri açan ATMU-nun rektoru İlham Mədətov yubilyarı səmimi qəlbdən təbrik edərək onun uzunillik elmi-pedaqoji fəaliyyətindən, universitetin inkişafına verdiyi töhfələrdən və turizm sahəsində gördüyü işlərdən danışıb. Rektor qeyd edib ki, Bahadur Bilalovun fədakar fəaliyyəti həm fakültənin, həm də ümumilikdə universitetin nüfuzunun artmasına xidmət edib.
Daha sonra çıxış edən həmkarlar Bahadur Bilalovun pedaqoji fəaliyyətindən, idarəetmə bacarığından, tələbələrlə işində göstərdiyi diqqət və qayğından bəhs edib, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayılar. Onun həm elmi mühitdə, həm də universitet kollektivi arasında böyük hörmət qazandığı xüsusi vurğulanıb.
Çıxış üçün söz alan Bahadur Bilalov göstərilən diqqət və səmimi təbriklərə görə universitet rəhbərliyinə və bütün kollektivə təşəkkür edib. O, öz fəaliyyətinin əsas məqsədinin turizmin inkişafına və ATMU-nun yüksəlişinə xidmət olduğunu bildirib.
Sonda yubilyara ATMU rəhbərliyi adından təbriknamə təqdim olunub.
Azərbaycanca