16.12.2025
İnsan resursları şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 1232
Kafedralarda vakant vəzifələri tutmaq üçün müsabiqə

Azərbaycan Turizm və Menecment Universiteti

Kafedralarda vakant vəzifələri tutmaq üçün müsabiqə
 

ELAN EDİR:

 

 

           Humanitar və sosial elmlər kafedrası:

Professor – 2 yer

Dosent – 3 yer

Dosent – 0,5 yer

Dosent – 0,5 yer

Dosent – 0,5 yer

           Ümumi fənlər kafedrası:

Professor – 1 yer

Dosent – 5 yer

                  

          Turizm işi kafedrası:

Dosent – 1 yer

           Mehmanxana və restoran işi kafedrası:

Dosent – 2 yer

           Dillər kafedrası:

Dosent – 1 yer

           Menecment kafedrası:

Dosent – 0,5 yer

          

         Müsabiqəyə kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, elmi-pedaqoji təcrübəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları müraciət edə bilər.

           Elan qəzetdə dərc olunduğu gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlər saat 10:00-17:00 arası Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim edilməlidir. Sənədlər hr@atmu.edu.az mail ünvanı vasitəsi ilə elektron qaydada da qəbul edilir.

 

 Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

  1. Rektorun adına ərizə;
  2. Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə);
  3. Tərcümeyi-hal;
  4. Şəxsiyyət vəsiqəsinin surəti;
  5. Profilə uyğun olaraq ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin təsdiq olunmuş surətləri;
  6. Elmi və elmi-metodiki işlərin siyahısı.

 

Qeyd:  1. Həmin ali təhsil müəssisələrində işləyən şəxsin müsabiqədə iştirak etmək üçün yalnız rektorun adına ərizə, elmi və elmi-metodiki işlərin siyahısını təqdim etməsi kifayətdir.

             2. Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina  olunur.

                     

Ünvan: Bakı şəhəri, AZ1072, K.Rəhimov  küçəsi 822/23-cü məhəllə, otaq 103.

Telefon: 012-564-42-33 (daxili - 115)