ATMU ilə “Eğitim ve Gelecek Bilişim Teknolojileri” şirkəti arasında görüş
23.12.2025
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 169
ATMU ilə “Eğitim ve Gelecek Bilişim Teknolojileri” şirkəti arasında görüş

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə “Eğitim ve Gelecek Bilişim Teknolojileri” şirkətinin nümayəndələri arasında işgüzar görüş keçirilib. ATMU-nun Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin təşəbbüsü ilə təşkil olunmuş görüş universitetdə keyfiyyət təminatı, strateji idarəetmə və monitorinq proseslərinin rəqəmsallaşdırılması mövzusuna həsr edilib. Görüş zamanı “Eğitim ve Gelecek Bilişim Teknolojileri” şirkətinin nümayəndələri ali təhsil müəssisələri üçün nəzərdə tutulmuş modul əsaslı elektron keyfiyyət idarəetmə sistemləri, bu sistemlərin universitetlərin daxili keyfiyyət təminatı mexanizmlərinə uyğunlaşdırılması, eləcə də beynəlxalq təcrübəyə əsaslanan texnoloji yanaşmalar barədə ətraflı məlumat veriblər.

Müzakirələr qarşılıqlı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi, universitetin ehtiyaclarına uyğun rəqəmsal keyfiyyət idarəetmə sisteminin tətbiqi və gələcək mərhələlərdə mümkün pilot layihələrin icrası perspektivləri ətrafında aparılıb.

Görüşdə ATMU-nun Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı, şöbənin mütəxəssisi Fidan Sarıbəyli, həmçinin “Eğitim ve Gelecek Bilişim Teknolojileri” şirkətinin qurucusu Mert Doğan, qurucu şirkət müdiri Şemsettin Beşer və proqram təminatı üzrə menecerlər Atılay Köşker və Mutlu Mutlutan iştirak ediblər.

ATMU ali təhsil müəssisəsində keyfiyyət təminatının gücləndirilməsi, şəffaflığın artırılması və məlumat əsaslı qərarvermə mexanizmlərinin inkişafı istiqamətində beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmaların tətbiqini prioritet istiqamət kimi davam etdirir.