05.02.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 275
Könüllü təcrübə proqramı

ATMU-nun II-IV kurs bakalavr və magistr tələbələrinin nəzərinə!

Karyera və kommunikasiya şöbəsinin təşəbbüsü ilə yaradılan Könüllü Təcrübə Proqramı çərçivəsində “Layihələrin idarəedilməsi üzrə assistent” proqramına müraciətlərin qəbulu açıq elan olunur.  

Namizədə dair tələblər:

  • MS Office Proqramlarından (Word, Power Point, Excel) sərbəst istifadə etmək qabiliyyətinə sahib olmaq;
  • Dil bacarıqları: Azərbaycan dilini əla, ingilis dilini yüksək səviyyədə bilmək (rus dili arzuolunandır);
  • Məsuliyyətli, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • İnkişafa meyilli,yaradıcı və yenilikçi olmaq.

Vəzifə üzrə öhdəliklər:

  • Təqdimatların hazırlanması;
  • Sənədləşmənin aparılması, məlumatların təhlili və redaktə olunması;
  • Hesabatların hazırlanmasında layihə rəhbərinə köməklik;
  • Rəsmi yazışmanın aparılması;
  • Tədbir və görüşlərin təşkili.

Layihələrdə və özünüinkişaf proqramlarında iştirak etmiş namizədlərə, eləcə də təcrübə semestrinin tələbələrinə üstünlük verilir.

Göstərilən tələblərə cavab verən müraciətçilər öz CV-lərini volunteer@atmu.edu.az e-poçt ünvanına, mövzu hissəsində “Layihələrin idarəedilməsi üzrə assistent” qeyd edərək göndərə bilərlər. Təqdim olunmuş CV-lər əsasında nəzərdə tutulmuş ilkin seçim mərhələsini uğurla başa vurmuş namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Son müraciət tarixi: 12 fevral 2021-ci il.