Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) 50 illik yubileyi münasibətilə keçirilən açılış tədbirində İtaliya Respublikasında fəaliyyət göstərən Romualdo Del Bianco Fondunun icraçı direktoru Simone Giometti ilə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov və Beynəlxalq Əlaqələr şöbəsinin nümayəndəsi İranə Axundova arasında əməkdaşlıq görüşü keçirilib.
Görüş zamanı ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq, mədəniyyətlərarası dialoq, akademik mübadilə imkanları və gələcək birgə layihələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Ev sahibi olan Azərbaycan Memarlıq və İnşaat Universitetini 50 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, universitetə elmi, akademik və beynəlxalq fəaliyyətində davamlı uğurlar arzulayırıq. AZMİU-nun ötən yarım əsrdə formalaşdırdığı zəngin təcrübə və gələcəyə yönəlmiş strateji baxışı ölkənin ali təhsil məkanında xüsusi yer tutur.
Azərbaycanca