ATMU tələbəsi Bakcell-in təcrübə proqramını uğurla başa vurub
09.01.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 253
ATMU tələbəsi Bakcell-in təcrübə proqramını uğurla başa vurub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznesin idarə edilməsi ixtisasının tələbəsi Məhyəddin Musayev Bakcell şirkətində təşkil olunan 2 aylıq təcrübə proqramını uğurla başa vurub.

Qeyd edək ki, ATMU-nun Karyera və məzunlarla iş şöbəsinin təşkilatçılığı nəticəsində Bakcell əməkdaşlarının iştirakı ilə keçirilən info-sessiyadan sonra tələbəmiz seçim mərhələlərini müvəffəqiyyətlə keçərək təcrübə proqramına qatılıb.

Təcrübə müddətində Məhyəddin Musayev real iş mühitində praktiki bilik və bacarıqlar əldə edib, peşəkar fəaliyyət sahəsində təcrübəsini artırıb. Proqramın sonunda isə Bakcell rəhbərliyi tərəfindən sertifikat və təltiflə mükafatlandırılıb.

ATMU olaraq tələbələrimizin qazandığı uğurlarla qürur duyur, onlara gələcək karyera fəaliyyətlərində davamlı nailiyyətlər arzulayırıq.