ATMU məzunları əmək bazarında üstün mövqedədirlər
13.01.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 242
ATMU məzunları əmək bazarında üstün mövqedədirlər

Dövlət Məşğulluq Agentliyinin ali təhsil müəssisələrinin məzunları ilə bağlı açıqladığı son məlumatlarda bildirilir ki, statistik göstəricilərə əsasən, bir sıra ali məktəblərin məzunları əmək bazarında çətinliklə üzləşdiyi halda, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) məzunları daha əlverişli mövqedədirlər.

Məlumatlara görə, ATMU-da təhsil alan məzunların əhəmiyyətli hissəsi ali təhsilini başa vurduqdan sonra işsiz kimi qeydiyyata düşməyib. Bu göstərici universitetin tədris proqramlarının əmək bazarının tələblərinə uyğun qurulduğunu, praktiki biliklərə üstünlük verildiyini və məzunların real sektor üçün hazır kadrlar kimi formalaşdırıldığını göstərir.

Reytinq cədvəlində ATMU-nun 5-ci yerdə qərarlaşması xüsusilə turizm, xidmət, menecment və biznes sahələri üzrə ixtisaslaşan univrersitet məzunlarının öz sahələri üzrə iş tapmaqda daha az çətinlik çəkdiqlərini təsdiqləyir. Universitetin sözügedən sahələrdə fəaliyyət göstərən dövlət və özəl qurumlarla sıx əməkdaşlığı məzunların iş həyatına daha sürətli inteqrasiyasına imkan yaradır.

Müqayisəli məlumatlar göstərir ki, bəzi ali təhsil müəssisələrində işsiz məzunların sayı daha yüksəkdir. ATMU isə bu mənzərədə müsbət istisna kimi seçilir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” haqqında məlumatla aşağıdakı linkdən ətraflı tanış ola bilərsiniz: https://modern.az/.../diplomlu-issiz-yetisdiren.../