Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində həyata keçirilən “Sosial Tərəfdaş” layihəsini uğurla başa vurublar. ATMU-nun Karyera və məzunlarla iş şöbəsi tərəfindən layihəyə yönləndirilən tələbələr Telman Aslanlı və Hülya Xanəliyeva proqramı uğurla tamamladıqları üçün qızıl sertifikatla təltif ediliblər.
“Sosial Tərəfdaş” layihəsi çərçivəsində tələbələr sahə üzrə praktiki proseslərə cəlb olunublar. Layihə müddətində yeni insanlarla tanış olaraq peşəkar əlaqələrini genişləndiriblər. Əldə etdikləri bu təcrübə tələbələrə sosial sahədə real iş mühitini daha yaxından tanımağa və məsuliyyətli yanaşma formalaşdırmağa imkan yaradıb.
Karyera və məzunlarla iş şöbəsi gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcək və digər ixtisaslar üzrə təhsil alan tələbələrin müvafiq təcrübə proqramlarına cəlb edilməsi istiqamətində işlər aparacaq.
Azərbaycanca