AMEA-da ATMU-nun nümayəndəsinə təşəkkürnamə təqdim edilib
22.01.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 346
AMEA-da ATMU-nun nümayəndəsinə təşəkkürnamə təqdim edilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan və Türkiyə alimlərinin birgə elmi əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” adlı monoqrafiyanın ingilis dilinə tərcüməsi Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) baş müəllimi Məhbubə Tofiqqızı tərəfindən həyata keçirililib.

Türk dünyasının ortaq mədəni və fəlsəfi irsini əhatə edən bu fundamental elmi əsərin ingilis dilinə tərcüməsi onun beynəlxalq elmi dövriyyəyə daxil olmasına, eləcə də türk mədəniyyətinin qlobal akademik müstəvidə tanıdılmasına mühüm töhfə verir. Tərcümə işi Azərbaycan və Türkiyə alimləri arasında elmi əlaqələrin inkişafına xidmət edən əhəmiyyətli addım kimi qiymətləndirilir.

Bu münasibətlə AMEA-da xüsusi tədbir təşkil olunub. Tədbir zamanı monoqrafiyanın elmi əhəmiyyəti və tərcümə fəaliyyətinin dəyəri vurğulanıb, ATMU-nun baş müəllimi Məhbubə Tofiqqızına göstərdiyi elmi xidmətlərə görə təşəkkürnamə təqdim edilib.