Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) xanım tələbələri Bakı Biznes Universitetində təşkil olunan “Tələbə xanımlar üçün sahibkarlıq və karyera imkanları” mövzusunda görüşdə iştirak ediblər.
Tədbir Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşəbbüsü ilə keçirilib. Görüşün əsas məqsədi ali təhsil müəssisələrində təhsil alan xanım tələbələrin sahibkarlıq və əmək bazarı imkanları barədə məlumatlandırılması, qadın sahibkarların praktiki təcrübələrinin paylaşılması və gənc xanımların təşəbbüskarlıq bacarıqlarının inkişafına dəstək göstərilməsi olub.
Tədbir çərçivəsində qadın sahibkarların iştirakı ilə motivasiyaedici çıxışlar, sahibkarlıq və karyera imkanları üzrə müzakirələr, sual-cavab sessiyaları, eləcə də universitet-biznes əməkdaşlığı istiqamətində fikir mübadiləsi aparılıb.
Azərbaycanca