2026-cı il üzrə təşkil olunan İlin Tələbə Gənclər Təşkilatları Mükafatlandırma Mərasimi gənclər təşkilatlarının fəaliyyətinin qiymətləndirilməsi, fəallığın təşviqi və əldə olunan uğurların təltif edilməsi baxımından əlamətdar hadisə olub.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatı (ATMU TGT) da fəal iştirakı ilə təmsil olunub.
Mərasim çərçivəsində ATMU TGT-nin nümayəndələri qazandıqları nailiyyətlərə görə yüksək qiymətləndiriliblər. Belə ki, ATMU TGT-nin sədri İsa Həşimov “Fəxri Məzun”, sədr müavini Ələddin Babazadə isə “İlin TGT Nümayəndəsi” nominasiyaları üzrə təltif olunublar.
Bu mükafatlar yalnız fərdi nailiyyətlərin deyil, eyni zamanda ATMU TGT-nin komanda ruhuna əsaslanan, məqsədyönlü və ardıcıl fəaliyyətinin bariz nümunəsidir.
Qazandıqları uğurlar münasibətilə dəyərli tələbələrimizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq.
Azərbaycanca