Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbəsi Məhyəddin Musayev “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Milli Elmlər Akademiyasının tərəfdaşlığı ilə keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Gənclər Simpoziumu” layihəsi çərçivəsində öz elmi araşdırması ilə fərqlənərək təltif olunub.
M.Musayevin təqdim etdiyi “Qarabağ və Şərqi Zəngəzura qayıdış və bərpa-quruculuq işlərində gənclərin könüllü rolu” adlı elmi məqaləsi gənclərin Vətən qarşısında məsuliyyətini, könüllülük fəaliyyətini və bərpa-quruculuq işlərində aktiv iştirakını yüksək səviyyədə əks etdirir.
Bu nailiyyət həm tələbəmizin, həm də universitetimizin gənclərin bilik və bacarıqlarının inkişafına verdiyi töhfənin göstəricisidir.
Tələbəmizi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Azərbaycanca