ATMU-nun 2027-2031-ci illər üzrə Strateji İnkişaf Planının hazırlanması üzrə İşçi qrupun növbəti iclası keçirilib.
İclasda İşçi qrupun sədri, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı Strateji İnkişaf Planının hazırlanması istiqamətində tədbirlər planının icra vəziyyəti və növbəti mərhələdə görüləcək işlər barədə məlumat verib.
Daha sonra maraqlı tərəflərin geridönüşləri, heyət üzvləri, işəgötürənlər və tələbə təmsilçiləri ilə görüşlərin keçirilməsi istiqamətində müzakirələr aparılıb.
Həmçinin, əvvəlki iclasda qəbul edilmiş qərarların icra vəziyyəti barədə İşçi qrupun üzvləri tərəfindən məlumat verilib.
Növbəti mərhələdə kafedra iclaslarında akademik və inzibati heyət üzvləri, işəgötürənlər, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin sədrləri ilə görüşlərin keçirilməsi qərarına alınıb. Eyni zamanda yerli və beynəlxalq əhəmiyyətli sənədlərin, təcrübələrin araşdırılması işinin davam etdirilməsi qəbul edilib.
Qeyd edək ki, ATMU-nun 2022-2026-cı illər üzrə Strategiyası 2026-cı ildə yekunlaşacağından cari ilin oktyabr ayında ATMU rektorunun əmri ilə 2027-2031-ci illər üzrə Strateji İnkişaf Planının hazırlanması məqsədilə Komissiya və İşçi qrup formalaşdırılıb. Komissiyanın tərkibində sədr rektor olmaqla, prorektorlar, rektor müşavirləri, fakültə, kafedra və struktur rəhbərləri, təhsilalanlar və işəgötürənlər, İşçi qrupun tərkibində isə sədr Strateji inkişaf üzrə prorektor olmaqla, şöbə, fakültə və kafedralardan ümumilikdə 5 nəfər təmsil olunur.
Azərbaycanca