ATMU-nun professoru beynəlxalq akademik üzvlüyə namizəd göstərilib
13.02.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 275
ATMU-nun professoru beynəlxalq akademik üzvlüyə namizəd göstərilib

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Təmsilçiliyi Azərbaycan Turizm və Menecment Universitetinin professoru Minaxanım Əsədlinin Akademiyanın Həqiqi (Akademik) üzvlüyünə seçilməsi və Beynəlxalq Qızıl Ulduz medalı ilə təltif olunması üçün namizədliyini irəli sürüb.

Təqdimatda professor Minaxanım Əsədlinin ölkəmizdə dövlətçiliyin, təhsilin və elmin inkişafındakı xidmətləri xüsusi qeyd olunub. Bildirilib ki, alimin uzunmüddətli elmi-pedaqoji fəaliyyəti və əldə etdiyi nailiyyətlər hər iki nominasiya üçün əsaslı zəmin yaradır.

Professoru bu münasibətlə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.