Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dosenti Günay Qafarova XIX əsrin görkəmli rəssamı, Azərbaycanın dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaniyə həsr edilmiş kitab albomun müəllifidir. Nəşr “Xalq Əmanəti” layihəsinin 26-cı buraxılışı çərçivəsində işıq üzü görüb.
Nəşrdə sənətkarın həyat və yaradıcılığı geniş şəkildə işıqlandırılır, onun Azərbaycan təsviri sənətinin formalaşmasındakı rolu, yaradıcılıq üslubu və sənət tariximizdə tutduğu mövqe elmi əsaslarla təhlil edilir. Kİtab albom Mirzə Qədim İrəvaninin zəngin irsini oxuculara sistemli və dolğun formada təqdim edir.
“Mirzə Qədim İrəvani” kitab albomu Azərbaycan, ingilis və rus dillərində nəfis tərtibatla nəşr edilib ki, bu da onun həm yerli, həm də beynəlxalq oxucu auditoriyası üçün əlçatanlığını təmin edir.
Qeyd edək ki, kitab albom Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı ölkədə keçirilən tədbirlər çərçivəsində nəşr olunub.
Günay xanımı bu mühüm elmi-bədii nəşrin işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Azərbaycanca