Azərbaycan Turizm və Menecment Universiteti və Naxçıvan Dövlət Universiteti 07 - 08 may 2026-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçılar üçün “Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusunda XI Respublika elmi-praktiki konfrans keçirəcək. Konfransın keçirilməsində əsas məqsəd tələbələri elmi-tədqiqat işinə cəlb etmək, toplanmış birgə təcrübənin əsasında bu sahəyə gənclərin marağını artırmaq, müstəqil araşdırma aparmaq bacarıqlarını inkişaf etdirmək, elmi düşüncə tərzini formalaşdırmaq, əldə etdikləri nəzəri bilikləri praktik fəaliyyətlə əlaqələndirmək və gələcək elmi fəaliyyətləri üçün möhkəm zəmin yaratmaqdır.
Konfransın aşağıdakı bölmələrdə keçirilməsi nəzərdə tutulur:
- Qarabağın turizm potensialı
- Azərbaycanın turizm destinasiyaları
- Naxçıvanda turizmin inkişaf perspektivləri
- Turizmin iqtisadiyyatı və idarəedilməsi
- Turizmdə nəqliyyat xidmətləri
- Turizmdə marketinq
- Turizmdə dillərin rolu
- Azərbaycanda qonaqpərvərlik və qida sənayesi
Konfransın işçi dilləri: Azərbaycan, rus və ingilis dili
Konfransda iştirak etmək üçün məruzənin mövzusu və müəllif haqqında aşağıda göstərilən məlumatlar daxil edilmiş müraciət formasının 31 mart 2026-cı il tarixinədək təşkilat komitəsinə göndərilməsi mütləqdir:
- Adı, soyadı, ata adı;
- Bakalavr / magistr / doktorant
- Universitet;
- Telefon (şəhər kodu göstərilməklə);
- Elektron ünvan (e-mail);
- Elmi rəhbərin adı və soyadı;
- Məruzənin mövzusu;
- Konfransın bölməsi.
Təşkilat komitəsi proqrama uyğun olaraq məruzələrin seçimini və proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilməyəcək.
Məqalə elektron şəkildə 15 aprel 2026-ci il tarixinədək turizm.konfrans@atmu.edu.az elektron ünvanına göndərilməlidir.
Məqalələrin tərtib olunma qaydaları:
Məqalələr Microsoft Word 2003 və ya daha son versiyada hazırlanmalıdır. Məqalələr Times New Roman şriftlə, 12 ölçüdə, 1,5 intervalda yazılmalı, soldan, yuxarıdan və aşağıdan 2,5 sm, sağdan 1,5 sm yer buraxılmalıdır (A4 format). Məqalələr 5 səhifədən artıq olmamalıdır. Azərbaycan dilində olan məqalələrin xülasəsi azərbaycan, ingilis və rus dillərində, rus dilində olan məqalələrin xülasəsi rus, azərbaycan və ingilis dillərində verilməlidir, ingilis dilində olan məqalələrin xülasəsi azərbaycan, ingilis və rus dillərində verilməlidir. Xülasələrin yazıldığı dillərdə açar sözlər verilməlidir. İstifadə edilən ədəbiyyatların siyahısı mənbənin adı, çap olunduğu məcmuə və nəşr ili göstərilməlidir. Əsərdən gətirilən sitat mətndə yerləşdirilib səhifə göstərilməklə kvadrat mötərizə içərisində [5, s. 23] şəklində verilməlidir. Təqdim olunan məqalənin sonunda müəlliflə əlaqə (telefon və ya elektron ünvan) və elmi rəhbərin adı və soyadı qeyd olunmalıdır. Həmçinin elmi rəhbərin rəyi əlavə edilməlidir.
Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin rəsmi (http://www.atmu.edu.az) səhifəsində yerləşdirilmişdir.
Təşkilat komitəsi: “Turizm işi” kafedrası (otaq 508)
Məsul şəxs: Çinarə İmamverdiyeva
Əlaqə telefonu: (012) 5644233 (134)
Ünvan: Bakı, Koroğlu Rəhimov küç., 822/23
E-mail: turizm.konfrans@atmu.edu.az
Azərbaycanca