Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası universitetin rektoru İlham Mədətov açaraq iştirakçıları salamlayıb və gündəlikdəki mövzular barədə məlumat verib.
İclasın gündəliyinə uyğun olaraq, 2025-2026-cı tədris ilinin qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr barədə hesabat dinlənilib. Müzakirələrdə rektor müşaviri Fərid Cabbarlı geniş təqdimatla çıxış edib. Fakültə dekanları Bahadur Bilalov, Kənan Allahverdiyev və Vüqar Nəzərov çıxış edərək mövcud nəticələri təhlil edib, tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflərini səsləndiriblər.
Daha sonra 2025-2026-cı tədris ilinin birinci yarımilinə dair hesabatlar prorektorlar İranə Əliyeva və Araz Aslanlı tərəfindən təqdim olunub. Hesabatlar ətrafında fikir müzakirəsi aparılıb, görülən işlər və perspektiv hədəflər barədə məlumat verilib.
İclasda, həmçinin ATMU-nun beynəlxalq əlaqələrinin strateji inkişaf planına uyğunlaşdırılması prosesi və yeni istiqamətlər, eləcə də ikili diplom proqramlarının icrası və perspektiv inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Bu barədə məruzə ilə BƏŞ-in müdir vəzifəsini icra edən İranə Axundova çıxış edib.
Cari məsələlər çərçivəsində Tədrisin təşkili şöbəsinin Əsasnaməsi və şöbənin iş planı, eləcə də bakalavrların tədris planları təsdiq edilib. Məsələlər üzrə şöbə müdiri Bəhruz İsgəndərov məlumat verib. Həmçinin, inzibati işçilərin işə qəbul qaydaları müzakirə olunub və təsdiq edilib.
Müzakirələrin sonunda gündəlikdə yer alan mövzular üzrə müvafiq qərarlar qəbul olunub. Rektor İlham Mədətov bütün məsələlərlə bağlı konkret tapşırıq və tövsiyələrini verib.
Azərbaycanca