Azərbaycan–Avstriya Turizm Proqramı (AATP) çərçivəsində 2025/26-cı tədris ilinin yaz semestrinə rəsmi start verilib. Proqramın beynəlxalq #akademik əməkdaşlıq strategiyasına uyğun olaraq, cari semestrin ilk tədris həftəsi Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan UniversityOfDerby-nin professor-müəllim heyətinin iştirakı ilə həyata keçirilib.
Cari semestrdə AATP 2025 bakalavr qrupu üzrə “HospitalityManagement” fənni Eleni Michopolou tərəfindən, AATP 2023 bakalavr qrupu üzrə “GlobalWellnessAndSpaManagement” fənni isə Iride Azara tərəfindən təşkil edilib.
Tədris həftəsi çərçivəsində tədris prosesi interaktiv metodlara, praktik tapşırıqlara və real sektor nümunələrinin təhlilinə əsaslanıb. Tələbələr qonaqpərvərlik sənayesində #strateji idarəetmə modelləri, xidmət keyfiyyətinin qiymətləndirilməsi mexanizmləri, eləcə də qlobal wellness və spa sənayesində dayanıqlı inkişaf yanaşmaları üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.
Tədris həftəsinin sonuncu günü tələbələr tərəfindən qrup formatında təqdimatlar keçirilib. Təqdimatlar çərçivəsində tələbələr qonaqpərvərlik və qlobal sağlamlıq sahələrində #aktual problemlərin analizi, innovativ idarəetmə həlləri, bazar araşdırmaları və strateji inkişaf modelləri üzrə hazırladıqları layihələri akademik heyət qarşısında təqdim ediblər.
Azərbaycanca