ATMU-da tədris olunan təhsil proqramlarının əmək bazarının və cəmiyyətin mövcud tələblərinə uyğun olaraq davamlı təkmilləşdirilməsi, onların səmərəliliyi və icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə daxili auditə başlanılıb. Audit qəbul edilmiş dövlət təhsil standartları və audit meyarları əsasında proqramların uyğunluq səviyyəsini qiymətləndirməyi hədəfləyir. Bu məqsədlə ATMU-nun akademik və inzibati heyət üzvlərindən ibarət Daxili audit komissiyası yaradılıb.
ATMU-nun Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin koordinasiyası ilə aparılan daxili auditdə Komissiya üzvləri fakültə, kafedra və aidiyyəti strukturların fəaliyyətini müvafiq iş bölgüsü və meyarlar üzrə qiymətləndirəcək.
Daxili auditin təşkilindən öncə Komissiya üzvləri ilə görüş keçirilib, Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı tərəfindən auditin məqsədi, mərhələli prosesi, audit qrafiki və meyarları haqqında məlumat verilib, Komissiya üzvlərinin sualları cavablandırılıb.
Qeyd edək ki, daxili audit prosesi “Ali təhsil müəssisələrinin proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları” və “ATMU-da təhsil proqramlarının yenilənməsi və monitorinqi qaydaları”na əsaslanır. Eyni zamanda, bu proses milli və beynəlxalq proqram akkreditasiyasına hazırlığa töhfə verəcəkdir.
Azərbaycanca