Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İngilis dilinin tədrisində müasir təlim metodlarının tətbiqi” mövzusunda təlim təşkil olunub. Təlim Azərbaycan Dillər Universitetinin Strateji inkişaf və planlama şöbəsinin rəhbəri Röya Əliyeva, Azərbaycan Turizm və Menecment Universitetinin Dillər kafedrasının müdiri f.ü.f.d, dos. Əzizə Məmmədova, kafedranın baş müəllimi Kəmalə Məlikli və kafedranın laborantı Vəfa Əliyeva tərəfindən təşkil edilib. Təlimə Azərbaycan Dillər Universitetinin “İngilis dilinin tədrisi metodikası” kafedrasının müəllimi Zarema İbrahimova təlimçi qismində dəvət edilib. Təlim zamanı ingilis dili dərslərində tətbiq olunan müasir tədris metodlarından bəhs olunub. Təlimçi metodların təriflərini izah edib, həmçinin yeni yanaşmalar barədə məlumat verib.
İnteraktiv formada keçirilən təlimdə iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda universitet adından təlimçiyə təşəkkürnamə təqdim olunub.
Azərbaycanca