Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbəsi Emin Cumalıyev tərəfindən hazırlanmış interaktiv veb layihə - “Qələbə yolu” universitetdə təqdim olunub.
Layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il 44 günlük Vətən müharibəsində göstərdiyi liderlik və strateji rolunu rəqəmsal formatda ictimaiyyətə çatdırmaqdır.
Təqdimat zamanı bildirilib ki, layihə çərçivəsində Ali Baş Komandanın qələbəyə aparan yolunu əks etdirən interaktiv veb platforma yaradılıb. Platformada 2020-ci ilin sentyabr-noyabr aylarını əhatə edən xronoloji zaman xətti, interaktiv xəritə, çıxışlardan sitatlar, video və audio arxiv materialları, eləcə də gənclər üçün nəzərdə tutulmuş “Liderlik dərsləri” bölməsi yer alır.
Layihə gənclər, müəllimlər və vətənpərvərlik mövzusuna maraq göstərən ictimaiyyət üçün nəzərdə tutulub və tarixi yaddaşın müasir təqdimatını hədəfləyir.
Universitetdə keçirilən təqdimatda layihənin gənc nəsildə milli ruhun və vətənpərvərlik hisslərinin gücləndirilməsinə, tarixi yaddaşın qorunmasına və müasir texnologiyalar vasitəsilə təbliğinə töhfə verəcəyi vurğulanıb.
Azərbaycanca