Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) "Humanitar və sosial elmlər" kafedrasının müəllimi Səbinə Babayeva uzunmüddətli və səmərəli elmi-pedaqoji fəaliyyətinə, eləcə də sənətşünaslıq sahəsində qazandığı nailiyyətlərə görə 6220.01 - Muzeyşünaslıq ixtisası üzrə dosent elmi adına layiq görülüb.
Səbinə xanımın bu uğuru onun elmə, təhsilə və muzeyşünaslıq sahəsinin inkişafına verdiyi dəyərli töhfələrin bariz nümunəsidir. Onun zəngin elmi araşdırmaları, pedaqoji fəaliyyəti və tələbələrin yetişdirilməsində göstərdiyi əzm və peşəkarlıq yüksək qiymətləndirilib.
Səbinə xanımı ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq!
Azərbaycanca