ATMU-nun müəllimi fəlsəfə doktoru adına layiq görülüb
03.03.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 275
ATMU-nun müəllimi fəlsəfə doktoru adına layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 04 fevral 2026-cı il tarixli qərarı ilə Şahnaz Natiq qızı Baxışovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib. O, 5311.01 - “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə iqtisad elmləri sahəsində fəlsəfə doktoru adına layiq görülüb.

Şahnaz Baxışova uzun illərdir pedaqoji və elmi fəaliyyətlə məşğul olaraq iqtisadiyyat və idarəetmə sahəsində gənc mütəxəssislərin hazırlanmasına töhfə verir. Onun tədqiqatları müəssisələrin səmərəli idarə olunması, strateji inkişaf və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərini əhatə edir.

Bu münasibətlə Şahnaz xanımı səmimi qəlbdən təbrik edir, gələcək elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!