ELAN
04.03.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 1467
ELAN

2026–2027-ci tədris ilinin Payız və Yaz semestrləri üzrə Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyinə üzv ali təhsil müəssisələrinin elan edilmiş ixtisas və bölmələrində bir semestr təhsil almaq istəyən bakalavr, magistr və doktorantura səviyyələri üzrə tələbələr, eləcə də həmin ali təhsil müəssisələrində dərs demək istəyən professor-müəllim heyəti üçün ORHUN Mübadilə Proqramına müraciətlərin qəbulu başlamışdır.

Müraciət təqvimi

1. Elanların ali təhsil müəssisələrində yayımlanması və müraciətlərin qəbulu:

26 fevral 2026-cı il – 25 mart 2026-cı il

2. Müraciətlərin qiymətləndirilməsi, nəticələrin Koordinator Universitetə təqdim edilməsi və müraciətlərin universitetlər üzrə bölüşdürülməsi:

25 mart 2026-cı il – 13 aprel 2026-cı il

3. Nəticələrin Koordinator Universitetə bildirilməsi və yekun nəticələrin elan edilməsi:

20 aprel 2026-cı il

Tələbə mübadiləsi üçün tələb olunan sənədlər

1. Tələbə məlumat forması

2. Akademik transkript

Müraciət zamanı nəzərə alınmalı şərtlər:

• Namizəd yalnız bir ali təhsil müəssisəsi və bir semestr üzrə seçim edə bilər.

• Seçilmiş elan üzrə göstərilən fakültə və ixtisas məlumatlarına diqqət yetirilməlidir.

• Beynəlxalq tələbələr proqramdan yararlana bilməzlər.

• Bütün məlumatlar elektron formada təqdim edilməlidir.

• Ümumi akademik göstərici (ÜOMG/GPA) minimum 2.5/4.00 olmalıdır.

• Seçilmiş tələbələr ORHUN Mübadilə Proqramı üzrə öhdəlik müqaviləsini imzalamalıdırlar (müqavilə Koordinator tərəfindən təqdim ediləcəkdir).

Professor-müəllim heyətinin mübadiləsi üçün tələb olunan sənədlər

1. Müəllim məlumat forması

2. Mübadilə proqramı üzrə tələb olunan digər sənədlər

Qeyd: Müəllim mübadiləsi elan mətnində göstərilən fakültə və ixtisaslar üzrə həyata keçirilir. Daha əvvəl ORHUN Mübadilə Proqramı çərçivəsində iştirak etməmiş, həmçinin Erasmus və digər oxşar proqramlarda iştirak etməmiş namizədlərə üstünlük verilə bilər.

Tələb olunan sənədlər və universitetlər ilə bağlı ətraflı məlumat fayl və linkdə təqdim olunmuşdur. https://atmu.edu.az/az/orhun-mubadile-proqrami

Ətraflı məlumat: Beynəlxalq əlaqələr şöbəsi (2-ci mərtəbə, 201-ci otaq)

Email: orhun@atmu.edu.az

i.axundova@atmu.edu.az

Orhun mübadilə proqramının koordinatoru: İranə Axundova