“Təhsil sistemində korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib
06.03.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 262
“Təhsil sistemində korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Təhsil sistemində korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici təlim təşkil olunub. Məqsəd təhsil sahəsində şəffaflığın artırılması və korrupsiyaya qarşı maarifləndirmənin gücləndirilməsi olub.

ATMU-nun baş hüquqşünası Aydın Kərimov təlim zamanı təhsil sistemi haqqında qanunvericilik, müasir dövrdə təhsil sahəsində rast gəlinən neqativ hallar, korrupsiyanın mahiyyəti və bu sahədə mövcud hüquqi tənzimləmələr barədə geniş məlumat verib. O, iştirakçıları qanunvericiliyin tələblərinə əməl etməyə və korrupsiyaya qarşı mübarizədə fəal mövqe sərgiləməyə çağırıb.

“Turizm işi” kafedrasının müdiri Hafiz Hüseynov çıxış edərək korrupsiyaya qarşı mübarizədə maarifləndirmənin və hüquqi biliklərin artırılmasının vacibliyini vurğulayıb. O, təhsil müəssisələrində şəffaflığın təmin olunmasının və etik davranış prinsiplərinə riayət edilməsinin bu istiqamətdə mühüm rol oynadığını qeyd edib.

Bununla yanaşı, təhsilverənlərin etik davranış kodeksinin korrupsiyaya qarşı mübarizədə rolu, həmçinin korrupsiya halları ilə mübarizə üsulları barədə də müzakirələr aparılıb.