ATMU-da Karyera Həftəsi: Məzunların karyera yolu və təcrübələri
09.03.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 212
ATMU-da Karyera Həftəsi: Məzunların karyera yolu və təcrübələri

ATMU-da təşkil olunan Karyera Həftəsi çərçivəsində universitetin uğurlu məzunları tələbələrlə görüşərək öz uğur hekayələrini, karyera təcrübələrini və peşəkar inkişaf yollarını paylaşacaqlar.

Məzun panelində müxtəlif sahələrdə uğur qazanmış ATMU məzunları yer alır:

Heybət Vəliyev – Azərbaycan Turizm Bürosu PHŞ-nin Destinasiyanın İnkişafı və Turizm Məhsulu Departamentinin direktoru

Özalə Əliyeva – Kingsmart Supermarketlər Şəbəkəsi-nin Marketinq direktoru

Aidə Bayramova –Ölkənin ilk beynəlxalq turizm bələdçisi, Café by Aida və Academy PLATO qurucusu

Görüş zamanı məzunlar öz karyera yolları, əldə etdikləri uğurlar və peşəkar fəaliyyətləri haqqında məlumat verəcək, tələbələrə peşəkar inkişafları ilə bağlı tövsiyələr təqdim edəcək, həmçinin əmək bazarında uğur qazanmaq üçün vacib olan praktiki məsləhətlərini və real iş təcrübələrini bölüşəcəklər.