Azərbaycan Turizm və Menecment Universitetində tələbələrin karyera inkişafını dəstəkləmək və əmək bazarı haqqında məlumatlılığını artırmaq məqsədilə “Karyera Həftəsi” təşkil olunur. Tədbir çərçivəsində müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər tələbələrlə görüşərək öz təcrübələrini bölüşəcəklər.
11.03.2026, 14:00 — Sevinc Burzuyeva, Karyera məsləhətçisi, UNEC-in Öyrənmə Analitikası və Qiymətləndirmə şöbəsinin rəhbəri.
Mövzu: “Müasir iş axtarışı alətləri və əmək bazarının əsas tendensiyaları”
12.03.2026, 10:00 — Ruslan Quliyev, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri — Mövzu: “Turizm sahəsində karyera planlaması”
12.03.2026, 11:00 — Sevinc Purvis, The Ritz-Carlton, İnsan Resursları üzrə Klaster Direktoru
Mövzu: “Soft skills: İş həyatında uğur üçün vacib bacarıqlar”
13.03.2026, 15:00 — Günay Paşazadə, beynəlxalq sertifikatlı təlimçi, 10 il pedaqoji təcrübə; 3 il ERATUR–ın Incoming şöbəsi, turizm strategiyası üzrə rəhbər.
Mövzu: “Xidmətin dili”
Məkan: ATMU əsas tədris binası
Azərbaycanca