ATMU məzunları universitetdə - bu dəfə işəgötürən kimi
12.03.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 197
ATMU məzunları universitetdə - bu dəfə işəgötürən kimi

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən Karyera Həftəsi bir daha göstərir ki, ATMU məzunları universitetlə əlaqələrini illər keçsə də davam etdirir və artıq yeni nəsil tələbələr üçün karyera imkanları yaradan işəgötürənlər kimi qayıdırlar.

Bu dəfə tədbirdə müxtəlif sahələrdə uğur qazanmış məzunlar işəgötürən qismində iştirak edərək tələbələrlə təcrübələrini bölüşür və yeni əməkdaşlıqlar üçün qapılar açırlar.

İşəgötürən məzunlarımızla sizi də tanış edirik:

• Pərviz Dadaşov – 2010-2014-cu illər üzrə "Nəqliyyat servisi" ixtisası məzunu; Direktor, Unitedcoffebeans.

• Lalə Paşayeva – 2006-2010-cu illər üzrə "Turizm və otelçilik" ixtisası məzunu; Təsisçi, Direktor, Izz Travel.

• Taleh Ağazadə - 2010-2014-cü illər üzrə "Marketinq" ixtisası məzunu; Təsisçi, Direktor, Metalux.

• Sənan Bayramzadə - 2009-2013-cü illər üzrə "Sosial iş" ixtisası məzunu; Direktor, Odel (şirniyyat fabriki).

• Bəxtiyar Bayramov – 2018-2022-ci illər üzrə "Menecment" ixtisası məzunu; İnsan Resursları üzrə Aparıcı Talent Partner. Veyseloğlu MMC

Məzunlarımızın uğur yolu göstərir ki, onlar yalnız karyera qurmur, həm də yeni karyeraların başlanmasına dəstək olurlar. Bu görüşlər tələbələr üçün real iş imkanları, məzunlar üçün isə universitetlə davamlı əməkdaşlıq deməkdir.