Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələrinin karyera inkişafına dəstək vermək və onların əmək bazarı ilə daha yaxından tanış olmalarına töhfə vermək məqsədilə təşkil olunan Karyera Həftəsinə göstərdiyiniz dəstəyə görə bütün tərəfdaşlarımıza səmimi təşəkkürümüzü bildiririk.
Xüsusilə universitetimizin məzunları olan və bu gün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən United Coffee Beans şirkətinin direktoru Pərviz Dadaşov və komandası, Veysəloğlu MMC-nin İnsan Resursları üzrə aparıcı Talant Partnyoru Bəxtiyar Bayramov, ODEL şirniyyat fabrikinin direktoru Sənan Bayramzadə, İzz Travel turizm şirkətinin rəhbəri Lalə Paşayeva, Tripella Tour turizm şirkətinin rəhbəri Valeh Cəfərov, Metalux dam örtükləri şirkətinin rəhbəri Taleh Ağazadə, Bayern Academy şirkətinin rəhbəri Alik Hacıyev – universitetimizlə əməkdaşlığa və tələbələrimizin inkişafına göstərdikləri dəstəyə görə xüsusi minnətdarlığımızı bildiririk.
Eyni zamanda, dəvətimizi qəbul edərək tədbirin açılışında iştirak edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanovaya təşəkkür edirik.
Bununla yanaşı, tədbirimizə qoşularaq tələbələrimizlə öz təcrübələrini bölüşən beynəlxalq hotel şəbəkələrinin nümayəndələrinə – The Ritz-Carlton Baku, JW Marriott, Four Seasons Baku, Marriott Absheron Baku və Hilton Baku, eləcə də ASAN Xidmət nümayəndələrinə təşəkkürümüzü bildiririk. Qeyd etmək istərdik ki, bu müəssisələrlə universitetimiz tələbələrin istehsalat təcrübəsinin təşkili istiqamətində uğurlu əməkdaşlıq həyata keçirir.
Sizin kimi tərəfdaşların dəstəyi tələbələrimizin real iş mühiti ilə yaxından tanış olmasına və gələcək karyeraları üçün mühüm təcrübə qazanmasına böyük töhfə verir.
Dəstəyinizə görə bir daha təşəkkür edir, əməkdaşlığımızın gələcəkdə də uğurla davam edəcəyinə inanırıq.
Azərbaycanca