Karyera Həftəsində müasir iş axtarışı və əmək bazarı mövzusunda təlim keçirilib
12.03.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 220
Karyera Həftəsində müasir iş axtarışı və əmək bazarı mövzusunda təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera Həftəsi çərçivəsində “Müasir iş axtarışı alətləri və əmək bazarının əsas tendensiyaları” mövzusunda təlim təşkil olunub. Təlim karyera məsləhətçisi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Öyrənmə analitikası və qiymətləndirmə şöbəsinin rəhbəri Sevinc Burzuyeva tərəfindən keçirilib.

Təlim zamanı iştirakçılara müasir iş axtarışı platformaları, effektiv CV və LinkedIn profili hazırlama üsulları barədə məlumat verilib. Eyni zamanda əmək bazarında tələb olunan bacarıqlar və əsas tendensiyalar haqqında təqdimat edilib.

Sonda iştirakçılar işə qəbul prosesində rəqabət üstünlüyü qazanmaq üçün praktiki tövsiyələrlə tanış olublar.