ATMU-da keçirilən Karyera Həftəsi çərçivəsində tələbələrin işə qəbul prosesinə daha yaxşı hazırlaşmalarını dəstəkləmək məqsədilə müsahibə bacarıqlarına həsr olunmuş xüsusi seminar təşkil olunub. Tədbirdə qonaq qismində The Ritz Carlton Baku hotelinin HR Direktoru Sevinc Purvis, HR supervayzeri Aysel Qarayeva, təlim meneceri Camal Şərifov iştirak ediblər.
Təlim zamanı tələbələrə işə qəbul müsahibələrinin mərhələləri, işəgötürənlərin diqqət etdiyi əsas məqamlar və uğurlu müsahibə üçün vacib bacarıqlar barədə məlumat verilib. Tədbirin interaktiv hissəsində isə simulyasiya müsahibələr təşkil olunub və tələbələr real müsahibə mühitini təcrübədən keçirmək imkanı əldə ediblər.
Ekspertlər tərəfindən iştirakçılara fərdi tövsiyələr verilib, müsahibə zamanı özlərini necə təqdim etmələri, düzgün ünsiyyət qurma və peşəkar davranış qaydaları izah olunub. Bu cür praktiki sessiyalar tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmalarına mühüm töhfə verir.
Azərbaycanca