ATMU-da “Məzunların Karyera Yolu və Təcrübələri” paneli keçirilib
13.03.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 156
ATMU-da “Məzunların Karyera Yolu və Təcrübələri” paneli keçirilib

ATMU-da Karyera Həftəsi çərçivəsində təşkil olunan “Məzunların karyera yolu və təcrübələri” adlı panel görüşü uğurla baş tutub.

Tədbirdə universitetin müxtəlif sahələrdə uğur qazanmış məzunları tələbələrlə görüşərək öz karyera yolları, peşəkar inkişaf mərhələləri və əldə etdikləri təcrübələr barədə ətraflı məlumat veriblər. Paneldə Heybət Vəliyev – Azərbaycan Turizm Bürosu PHŞ-nin Destinasiyanın İnkişafı və Turizm Məhsulu Departamentinin direktoru,

Özalə Əliyeva – Kingsmart Supermarketlər Şəbəkəsinin Marketinq direktoru və Aidə Bayramova – ilk beynəlxalq turizm bələdçisi, Café by Aida və Academy PLATO-nun qurucusu çıxış ediblər.

Məzunlar tələbələrlə öz uğur hekayələrini bölüşərək karyera qurarkən qarşılaşdıqları çətinliklərdən, onları bu günə gətirən qərarlardan və peşəkar inkişaf üçün vacib olan bacarıqlardan danışıblar. Eyni zamanda əmək bazarında rəqabətədavamlı olmaq, düzgün karyera planlaması aparmaq və real iş mühitinə hazırlaşmaq üçün praktiki tövsiyələr təqdim ediblər.

Görüş interaktiv mühitdə keçib, tələbələr panel iştirakçılarına suallar ünvanlayaraq onları maraqlandıran mövzular barədə birbaşa məlumat əldə etmək imkanı qazanıblar. Tədbir tələbələrin gələcək karyera planlamasına motivasiya verən və onlara real iş təcrübələri ilə tanış olmaq imkanı yaradan faydalı platforma olub.