Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təşkil olunan Karyera Həftəsi çərçivəsində tələbələr üçün maarifləndirici və praktiki əhəmiyyət daşıyan təlimlər keçirilib. Bu təlimlərdən biri də “Xidmətin dili” mövzusuna həsr olunub. Təlimə universitetin əməkdaşı Günay Paşazadə rəhbərlik edib.
Təlim zamanı xidmət sahəsində düzgün ünsiyyətin əhəmiyyəti, müştəri ilə effektiv kommunikasiya qurma üsulları, peşəkar davranış və xidmət mədəniyyəti kimi mövzular müzakirə olunub. Tələbələrə xidmət sektorunda uğurlu karyera qurmaq üçün vacib olan kommunikasiya bacarıqları barədə praktiki tövsiyələr təqdim edilib.
Tədbirin xüsusi qonağı bələdçi-tərcüməçi Balaş Maqsudbəyli olub. Qonaq öz peşəkar təcrübəsini tələbələrlə bölüşərək xidmət sahəsində qarşılaşılan real situasiyalar və onların həlli yolları barədə danışıb. O, həmçinin gənclərə karyera planlaması və peşəkar inkişaf istiqamətində tövsiyələr verib.
Təlim interaktiv müzakirələr və tələbələrin suallarının cavablandırılması ilə davam edib.
Azərbaycanca