Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) TGT, THİK və TEC-nin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir təşkil olunub.
Tədbirdə universitetin rektoru İlham Mədətov çıxış edərək tələbələri və müəllim heyətini Novruz bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Rektor çıxışında milli dəyərlərin qorunmasının və bu cür bayramların gənclər arasında yaşadılmasının əhəmiyyətini vurğulayıb.
Bayram proqramı çərçivəsində tələbələr müxtəlif səhnəciklər nümayiş etdirib, milli adət-ənənələri əks etdirən çıxışlarla tədbirə rəng qatıblar. Musiqi və rəqs nömrələri də iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Səmimi və şən atmosferdə keçən tədbirdə tələbələr əylənərək Novruzun gəlişini birlikdə qeyd ediblər.
Azərbaycanca