Enactus ATMU komandası ATGT sədri ilə görüş keçirib
02.04.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 224
Enactus ATMU komandası ATGT sədri ilə görüş keçirib

Enactus ATMU komandası Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov ilə görüş keçirib.

Görüş zamanı komanda üzvləri tərəfindən həyata keçirilən layihələr təqdim olunub, onların məqsədləri və əldə edilən nəticələr ətraflı şəkildə izah edilib. Təqdimatlar böyük maraqla qarşılanıb və layihələrin uğurlu olduğu xüsusi olaraq vurğulanıb.

Eyni zamanda, layihələrin gələcək inkişaf istiqamətləri ilə bağlı dəyərli tövsiyələr verilib, komanda üzvlərinin sualları ətraflı cavablandırılıb.

Səmimi və məhsuldar müzakirələrlə yadda qalan görüş xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Enactus ATMU komandası qarşıdakı mərhələlərdə fəaliyyətini daha da genişləndirməyi və əldə etdiyi uğurları davam etdirməyi hədəfləyir.