ATMU-da “Yaşıl nəqliyyat” mövzusunda təqdimat keçirilib
14.04.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 219
ATMU-da “Yaşıl nəqliyyat” mövzusunda təqdimat keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” PHŞ-nin Hərəkətin təşkili şöbəsinin baş mütəxəssisi, eyni zamanda universitetin magistr tələbəsi Nicat Calalinin təqdimatı baş tutub.

Təqdimat zamanı N.Calali iki aktual mövzu ilə çıxış edib. O, “Azərbaycanın yaşıl nəqliyyat gələcəyi” mövzusunda ölkədə ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərinin inkişaf perspektivlərindən bəhs edib. Digər mövzu - “Ekoloji asfalt: Gələcəyin yolları” çərçivəsində isə ətraf mühitə daha az təsir edən innovativ yol örtükləri və onların tətbiq imkanları barədə məlumat verib.

Çıxış dinləyicilər tərəfindən maraqla qarşılanıb və müzakirələrə səbəb olub. ATMU-nun baş müəllimi Samir Məhərrəmov tələbənin təqdimatını yüksək qiymətləndirərək mövzunun aktuallığını və araşdırmanın əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, “Şəhərsalma və Memarlıq ili” çərçivəsində keçirilən bu cür tədbirlər tələbələrin elmi-praktik biliklərinin artırılması və müasir çağırışlara uyğun mütəxəssis kimi formalaşmasında mühüm rol oynayır.