Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) prorektoru Araz Aslanlı Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin Lisansüstü Eğitim Enstitüsü (Magistratura və Doktorantura Mərkəzi) Müdiri Prof. Dr. Aykut Göksel ilə görüş keçirib.
Görüş zamanı magistratura və doktorantura təhsil sahələri üzrə əməkdaşlıq imkanları geniş müzakirə olunub. Xüsusilə magistratura səviyyəsində ikili diplom proqramlarının yaradılması, elmi nəşrlər və beynəlxalq elmi tədbirlər üzrə birgə fəaliyyət perspektivləri diqqət mərkəzində olub.
Tərəflər həmçinin birgə elmi araşdırmaların aparılması, akademik heyət arasında təcrübə mübadiləsinin təşkili və beynəlxalq elmi platformalarda əməkdaşlığın gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
Bildirilib ki, Prof. Dr. Aykut Gökselin beynəlxalq universitetlərarası əməkdaşlıq sahəsində irəli sürdüyü innovativ ideyalar bu istiqamətdə yeni imkanlar yarada bilər. Bu təşəbbüslərin reallaşması magistratura və doktorantura tələbələri üçün faydalı olacaq.
Görüş çərçivəsində aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq perspektivləri də müzakirə edilib:
• Birgə magistratura və doktorantura proqramlarının yaradılması
• Akademik heyətin elmi nəşrlər üzrə əməkdaşlığı və birgə məqalələrin hazırlanması
• Professor-müəllim heyəti üçün qarşılıqlı təcrübə mübadiləsi səfərləri
• Birgə elmi konfrans və tədbirlərin təşkili
• Tələbələr üçün beynəlxalq təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi
• Magistrant və doktorantların beynəlxalq elmi nəşrlərinin təşviqi və dəstəklənməsi
Qeyd olunub ki, bu əməkdaşlıq magistratura və doktorantura səviyyəsində təhsilin inkişafına və tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyasına mühüm töhfə verə bilər.
Azərbaycanca