ATMU-da “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
20.04.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 225
ATMU-da “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Narkomaniyaya yox deyək!” mövzusunda tələbələr üçün maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətlərinin əhəmiyyətindən danışıb. O, narkomanlığın müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biri olduğunu, cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına təsir imkanlarını diqqətə çatdırıb. Həmçinin yeniyetmə və gənclərin sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb

Daha sonra çıxış edən ATMU-nun baş hüquqşünası Aydın Kərimov narkotik vasitələrdən istifadənin insan həyatı üçün təhlükəsindən danışıb, gənclərin bu istiqamətdə mütəmadi maarifləndirilməsinin vacibliyini qeyd edib. O, tələbələrə pis vərdişlərdən uzaq olmağı, onlara elm öyrənməyi, idmanla məşğul olmağı və digər faydalı işlərə maraq göstərməyi tövsiyə edib.